Xəzər rayonunun Buzovna qəsəbəsindəki həyətlərin birindən dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
22.11.2021Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-dən 21-dək olan müddətdə Buzovna qəsəbəsindəki həyətlərin birindən 2000 manat dəyərində dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri T.İmanov və F.Cabbarov saxlanılmışlar.