Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonunun Yeniarx kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur

20.11.2021

Noyabrın 20-də saat 17 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində kənd sakini Nağı Qarayevin idarə etdiyi “VAZ-2107” və Göyçay şəhər sakini Z.Şirinovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə N.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

20.11.2021 tarixinə olan kriminal məlumatlar