Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü M.Nəbiyev müəyyən edilərək saxlanılmışdır

20.11.2021

Noyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

20.11.2021 tarixinə olan kriminal məlumatlar