Paytaxtın Nizami rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən C.Quliyev saxlanılmışdır
18.11.2021Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də rayon ərazisində “Chevrolet” markalı bir avtomobildən pul, eynək, 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılmışdır.