Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Kərgəlan kənd sakini V.Heydərovdan heroin aşkar edilərək götürülmüşdür

18.11.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş V.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda şəhər ərazisindəki 8 mağazadan ümumilikdə 1085 manat pul, 1015 manat dəyərində tütün məmulatı, 275 manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

18.11.2021 tarixinə olan kriminal məlumatlar