Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılmışdır

13.11.2021

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı bir məzardan sinə daşının oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şamaxı rayon sakini olan qardaşı və Bakı şəhər sakini V.Haşımovla birgə ayrı-ayrı vaxtlarda Səngəçal qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda daha 4 məzardan məzar daşlarını oğurlamaları da müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədov və V.Haşımov da saxlanılmışlar.