Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Malbinəsi kənd qəbristanlığından oğurluq etməkdə şübhəli bilinən B.Qarayev və X.Musayev saxlanılmışlar

13.11.2021

Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbristanlığındakı 2 məzarın ətrafından 4000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.