Xətai rayonu ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan laboratoriya avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılmışdır
13.11.2021Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.