Oğurluq etdiyinə görə tutulmuş Xaçmaz rayon sakini V.Mirzəbabayevin başqa oğurluq hadisələrini törətməsi də müəyyən edilmişdir
13.11.2021Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş V.Mirzəbabayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qusarçay kəndindəki bir evdən 800 manat dəyərində televizor, həmçinin İ.Kərimovla birgə 1 evdən 900 manat dəyərində 5 kisə fındıq, 1 həyətdən 200 kiloqram fındıq, 1 həyətdən isə 2640 manat dəyərində 22 kisə fındıq oğurlamaları da müəyyən edilmişdir.