Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən zavoddan 200 kiloqram çəkidə metal qırıntılarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
12.11.2021Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Sumqayıt Superfosfat” zavodunun ərazisindən 200 kiloqram çəkidə metal qırıntılarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini A.Həsənov, Abşeron rayon sakinləri T.Mikayılov və C.Əhmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.