Xaçmaz şəhəri ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən M.Musayev saxlanılmışdır
12.11.2021Xaçmaz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilinin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini M.Musayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.