Ağsu rayon sakini A.Bədəlova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakininin şəxsiyyəti müəyyən edilmişdir
09.11.2021Ağsu Rayon Polis Şöbəsinə noyabrın 9-da Hacıqədirli kəndi ərazisində bir nəfərin kənd sakini A.Bədəlovu döyərək içərisində pulu və sənədləri olan cüzdanını alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakininin şəxsiyyəti müəyyən edilmişdir. Həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.