Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonu ərazisində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi avtomobillə saxlanılmış M.Əhmədovun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir

09.11.2021

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 8-də saat 12 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-nin YPXA postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilmişdir.

Polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçirilmiş və narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir.

M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunmuş və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnmişdir.

Polis əməkdaşları tərəfindən M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyən edilmişdir.

09.11.2021 tarixinə olan kriminal məlumatlar