Gəncə şəhərinin Nizami rayonu ərazisindəki mağazaların birindən pul və danışıq kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Qasımov saxlanılmışdır
09.11.2021Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3000 manat pul və 15 manat dəyərində danışıq kartı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən onun Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi (Soyğunçuluq) ilə axtarışda olması da müəyyən edilmişdir.