Oğurluq etdiyinə görə tutulmuş Ağsu rayon sakini M.Muradovun bir qarajdan təmir-tikinti avadanlığı oğurlaması da müəyyən edilmişdir
09.11.2021Ağsu RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.Muradovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 1-dən 8-dək olan müddətdə rayon ərazisindəki bir qarajdan 2000 manat dəyərində boya vurmaq üçün kompressor, 6 ədəd qaldırıcı qurğu, 6 metr dəmir boru, soba və aliminium tavan oğurlaması da müəyyən edilmişdir.