Cəlilabad rayonunun Alar kəndi ərazisində “VAZ-21214” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
09.11.2021Noyabrın 8-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində kənd sakinləri T.Bayramovun idarə etdiyi “VAZ-21214” və İ.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Bayramovun sərnişini Adəm Əlizadə xəstəxanaya yerləşdirilmiş və noyabrın 9-da orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.