Gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılmışdır
08.11.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.