Xırdalan şəhər sakini İ.Alyarovu itələməsi nəticəsində onun yük avtomobilinin təkərlərinin altında qalaraq ölməsinə səbəb olmaqda şübhəli bilinən Ş.Hacıyev saxlanılmışdır
08.11.2021Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılmışdır.
Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.