Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi V.Əliyevdən hədə-qorxu ilə 350 manat pul almaqda şübhəli bilinən rayon sakini T.Şəfəqqətov saxlanılmışdır

08.11.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələrək orada işləyən V.Əliyevdən hədə-qorxu ilə tələb etmə yolu ilə 350 manat pul almaqda şübhəli bilinən Daşdatük kənd sakini T.Şəfəqqətov saxlanılmışdır.

Ətrafında aparılan tədbirlərlə onun oktyabrın 7-də Girdəni kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsində operator işləyən A.Kərimovdan quldurluq yolu ilə pul tələb edərək əl, alın və qarın nahiyəsinə bıçaqla xəsarət yetirməsi də müəyyən edilmişdir.

08.11.2021 tarixinə olan kriminal məlumatlar