Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisini öldürməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Nuriyev tutularaq istintaqa təhvil verilmişdir

04.11.2021

Ağcabədi Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 15 radələrində Kəhrizli kənd qəbristanlığında kənd sakini M.Nuriyevin münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Rahid Həsənovu öldürməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Nuriyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür.