Bakı şəhər sakini S.Əzizovanın idarə etdiyi avtomobildən 200 qram marixuana aşkar edilərək götürülmüşdür
04.11.2021Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Əzizovanın idarə etdiyi “Mercedes” markalı avtomobil Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində nəzarət qaydasında saxlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 200 qram marixuana aşkar edilərək götürülmüşdür.