Qanunsuz saxladığı ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alan Lənkəran rayon sakini E.Hüseynov xəstəxanaya yerləşdirilmişdir
04.11.2021Masallı Rayon Polis Şöbəsinə noyabrın 4-də Boradigah qəsəbəsi ərazisində Lənkəran rayon sakini E.Hüseynovun ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.
O, xəstəxanaya yerləşdirilmişdir.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən E.Hüseynovun qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.