Bakı şəhər sakini A.Həsənlinin idarə etdiyi avtomobilə baxış zamanı ona, V.Abıyevə və A.Muradova məxsus külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür
31.10.2021Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Həsənlinin idarə etdiyi “Saipa” markalı avtomobilə baxış zamanı ona, həmyerliləri V.Abıyevə və A.Muradova məxsus 4 kiloqram 260 qram heroin, 3 kiloqram 160 qram metamfetamin, 240 qram marixuana və 40 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.