Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan qəsəbə sakini E.Zülfüqarlının yaşadığı evə baxış zamanı oradan əlavə 205 qrama yaxın heroin götürülmüşdür

31.10.2021

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Zülfüqarlı saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə oradan əlavə 205 qrama yaxın heroin götürülmüşdür.