Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev müəyyən edilərək saxlanılmışdır

31.10.2021

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılmışdır.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması  da müəyyən edilmişdir.