Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini Ş.Əliyev müəyyən edilərək saxlanılmışdır

31.10.2021

Salyan Rayon Polis Şöbəsinə müraciət edən Kolanı kənd sakini Ə.Cəbiyev oktyabrın 25-də bank hesabından 1000 manat pulunun oğurlanmasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılmışdır.