Pirallahı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
31.10.2021Oktyabrın 31-də saat 20 radələrində Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakini A.Cabbarlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Telman İbadovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.