Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bəhrəmtəpə qəsəbə sakini S.İmanovun idarə etdiyi avtomobilə baxış zamanı oradan “AK-74” markalı silah aşkar edilərək götürülmüşdür

26.10.2021

Baş Dövlət Yol Polisi İdarəsi və İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini S.İmanovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə baxış zamanı oradan “AK-74” markalı silah aşkar edilərək götürülmüşdür. S.İmanov və sərnişini - Çaxırlı kənd sakini M.Rəhimov saxlanılmışlar.
Araşdırma aparılır.