Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini İ.Əliyev saxlanılmışdır
26.10.2021Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 30-da Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini G.Muradovanın çantasından içərisində sənəd olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun A.Mirzəyeva və N.Əliyevanın çantalarından pul və sənəd oğurlaması da müəyyən edilmişdir.