Oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini E.Babayev saxlanılmışdır
26.10.2021Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki oyun zallarının birindən 5440 manat dəyərində 8 ədəd prosessor, 2 ədəd monitor və 30 ədəd yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılmışdır.