Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov və Hacıqabul şəhər sakini T.Şotayev saxlanılmışlar
26.10.2021Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki bir evdən məişət əşyaları, bir evdən isə naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov və Hacıqabul şəhər sakini T.Şotayev saxlanılmışlar.
Ətraflarında aparılan tədbirlərlə T.Şotayevin Səbail rayonu ərazisindəki bir mağazadan 550 manat pul, 760 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması, R.Həsənovun isə narkotik vasitə satdığına görə tutulmuş R.Hüseynova narkotik vasitə satması da müəyyən edilmişdir.