Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini F.Yusubov saxlanılmışdır
23.10.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini F.Yusubov Ağdaş rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin, 8 qramdan artıq marixuana, idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı isə heroin, 130 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür.