5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Qədirova saxlanılmışdır
24.10.2021DİN əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.