Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə qəsəbə sakini A.Qədirovu vurmaqda şübhəli bilinən sürücü X.Gülüyev saxlanılmışdır
23.10.2021Oktyabrın 16-da saat 7 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini A.Qədirov vurulmuşdur. A.Qədirov xəstəxanaya müraciət etməmişdir.
Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini X.Gülüyev müəyyən edilərək saxlanılmışdır.