Ağcabədi rayonu ərazisindəki evlərin birindən 1300 metr naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
23.10.2021Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki evlərin birindən 1300 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakinləri P.Hüseynov və əvvəllər məhkum olunmuş N.Əsgərov saxlanılmışlar.
N.Əsgərovun ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 12-dən 23-dək olan müddətdə şəhər ərazisindəki daha bir evdən 145 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.