“COVİD-19” virusuna yoluxduğuna baxmayaraq yaşayış yerini tərk edən Tovuz rayon sakini A.Qasımovun barəsində cinayət işi başlanılıb
23.10.2021Tovuz Rayon Polis Şöbəsində cari il avqustun 24-də “COVİD-19” virusuna yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən rayon sakini A.Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) cinayət işi başlanılıb.