Gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır
21.10.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.