Hacıqabul şəhəri ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılmışdır
21.10.2021Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-dən 20-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülmüşdür.