Qax rayonunun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılmışlar
21.10.2021Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasındsa keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 21-də saat 1 radələrində Ağçay kəndi ərazisində qanunsuz ov edən Şəki rayon sakinləri R.Şərifov və Ç.Cəmilov saxlanılmışlar. Ç.Cəmilovdan “Kırıcı” markalı ov tüfəngi götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 272-ci (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib olunmuşdur.