Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini F.Sahibli müəyyən edilərək saxlanılmışdır
19.10.2021Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Bağırov oktyabrın 16-da Bakıxanov qəsəbəsi ərazisindən “KİA” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil oktyabrın 18-də Yeni Suraxanı qəsəbəsi ərazisində yan güzgüləri və ön faraları oğurlanmış vəziyyətdə tapılmışdır.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini F.Sahibli müəyyən edilərək saxlanılmışdır. Onun evinə baxış zamanı avtomobilə aid faralar və güzgülər aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.