Tərtər rayon sakini M.Balacayevi odlu silahdan atəş açaraq qəsdən öldürməkdə şübhəli bilinən Z.Əhlimanlı tutularaq istintaqa təhvil verilmişdir
18.10.2021Tərtər Rayon Polis Şöbəsinə oktyabrın 18-də saat 17 radələrində Yuxarı Qapanlı kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Murad Balacayevin öldürülməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Z.Əhlimanlı ilə aralarında yaranmış mübahisə zamanı M.Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhlimanlı şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Winchester” markalı tüfəng götürülmüşdür.