Sabunçu rayonu ərazisində “Mercedes” markalı avtomobillə 25-30 yaşlı kişi vurulmuş və qarşıdan gələn “Hyundai” markalı avtomobilin altına düşmüşdür
18.10.2021Oktyabrın 19-da saat 4 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurmuş, sonradan həmin şəxs qarşıdan gələn İ.Mikayılzadənin idarə etdiyi “Hyundai” markalı avtomobilin altına düşmüşdür. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.