Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.İsgəndərov saxlanılmışdır
18.10.2021Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Teymurov oktyabrın 17-də Novxanı bağlar sahəsində idarə etdiyi “Mercedes” markalı avtomobilində olan şərnişinin onu bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsgəndərov müəyyən edilərək saxlanılmışdır.