Culfa rayon sakini Şükür Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən Horadiz kənd sakini Z.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilmişdir
17.10.2021Füzuli Rayon Polis Şöbəsinə oktyabrın 16-da Horadiz şəhəri ərazisindən Culfa rayon sakini Şükür Əhmədovun ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı Z.Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Ş.Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz kənd sakini Z.Mehdiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.