Binə qəsəbəsində yaşayan G.Nəsirovanın yanıq xəsarətləri almasının əsas səbəbi müəyyən edilmişdir
14.10.2021Cari il iyul ayının 2-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan G.Nəsirova evinin hamam otağında su qızdırıcısının partlaması nəticəsində qaynar sudan aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.
Daxil olmuş məlumatla əlaqədar Xəzər Rayon Polis idarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının su qızdırıcısının partlaması nəticəsində qaynar sudan deyil, əri C.Nəsirovun təkidi ilə oğlunun anasının üzərinə qaynar su tökməsi nəticəsində yanıq xəsarətləri alması müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılmışdır.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə C.Nəsirov və oğlu saxlanılaraq istintaqa təhvil verilmişlər.