Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində “Ravon Nexia” “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
14.10.2021Oktyabrın 14-də saat 12 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində şəhər sakinləri F.Binyədovun idarə etdiyi “Ravon Nexia” və Usubalı Usubalıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə U.Usubalıyev hadisə yerində ölmüş, sərnişini və digər sürücü xəstəxanaya yerləşdirilmişlər.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.