Səbail rayonu ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü saxlanılmışdır
14.10.2021Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılmışdır. Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür.