Hacıqabul rayon sakini Ə.Müzəffərovdan 475 qram marixuana aşkar edilərək götürülmüşdür
09.10.2021Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Müzəffərov Şirvan dəmir yolu stansiyası ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülmüşdür.