Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov müəyyən edilərək saxlanılmışdır

09.10.2021

Oktyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Əhliman Əsgərov vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Abbasov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.