Oğurluq etdiyinə görə tutulmuş C.Mustafayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
09.10.2021Oğurluq etdiyinə görə tutulmuş C.Mustafayevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun şəhər ərazisindəki bir çay evindən pul və naqil, bir dönərxanadan pul və mobil telefon, bir bərbərxanadan kombi hissələri, 2 kafedən pul, pivə aparatının mis ehtiyat hissələri, su qızdırıcısı oğurlaması, bir mağazanı yandırması da müəyyən edilmişdir.